AZ

Niyaməddin Musayevin qızı işdən çıxarıldı

Niyaməddin Musayevin qızı işdən çıxarıldı

Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva FHN-dən işdən çıxarılıb.

AFN.az-ın Manset.az-a istinadən məlumatına görə, Röya Musayeva öz ərizəsi ilə Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilib.

Bildirilib ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi-ndə baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad olunub.

Qeyd olunur ki, bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.

Məlumat Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Manset.az-a təsdiqlənib.

Seçilən
6
27
afn.az

10Mənbələr