AZ

Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında çıxış etdi

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş ƏrəbƏmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilənAralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun2-ci sessiyasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, sessiyanın açılış mərasimində çıxış edən spikerSahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq,həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeydedib.

Onun sözlərinə görə, gender bərabərliyinə və qadınlarınsəlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumiməqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlısadiqliyinin bariz nümunəsidir.

Azərbaycan Milli Məclisinin Aralıq Dənizi ParlamentAssambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciətetdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinindaha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeniimkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırdaMilli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasındaəlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib. Vurğulanıbki, Assambleyanın nümayəndəsi Parlament Şəbəkəsinin ötən ilin aprelayında Daşkənddə keçirilmiş 4-cü konfransında iştirak edib. MilliMəclisin sədri deyib ki, iki qurum arasında qarşılıqlı müşahidəçistatusunun verilməsi və əməkdaşlıq sazişinin imzalanması yolu iləinstitusional əlaqələrin qurulması parlament diplomatiyasının ümumiməqsədlərinə əhəmiyyətli töhfə verəcək.

Çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərinibölüşən spiker Sahibə Qafarova deyib ki, gender bərabərliyi vəqadınların səlahiyyətləndirilməsi haqlı olaraq Dayanıqlı İnkişafMəqsədlərindən biri kimi müəyyən edilib. Bu məqsədlər yalnızarzuolunan deyil, həm də daha ədalətli dünyanın qurulması vəgələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin olunmasıbaxımından zəruridir. Bununla belə, ciddi çağırışların hələ dəmövcud olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, buçağırışların hər hansı bir ölkə və ya regionla məhdudlaşmır, qlobalxarakter daşıyır. Ona görə də bu istiqamətdə tərəqqi yalnız millisəylərlə deyil, beynəlxalq səviyyədə davamlı və əlaqələndirilmişfəaliyyətlə mümkündür. Bu baxımdan, bugünkü müzakirələr bir dahabeynəlxalq əməkdaşlığın, xüsusilə də xalqlarımızın nümayəndələriolan parlamentarilər arasında əməkdaşlığın əhəmiyyətini önəçəkir.

Spiker Sahibə Qafarova deyib ki, ilk növbədə real və davamlıirəliləyiş cəmiyyətdə mövcud olan düşüncə tərzinindəyişdirilməsindən asılıdır. Qadın və kişilərin mahiyyət etibariləbərabər olması prinsipi cəmiyyətin əsas dəyəri kimimöhkəmləndirilməlidir. Digər tərəfdən qadınların ictimai həyatda vəqərar qəbuletmə proseslərində tam və bərabər iştirakı olmadangüclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil. Onunsözlərinə görə, cəmiyyətin yarısının hüquq və potensialını nəzərəalmayan hər hansı təşəbbüs qaçılmaz olaraq dayanıqsızdır.

Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyəthaqqında tədbir iştirakçılarına məlumat verən spiker SahibəQafarova deyib ki, güclü ailə və mədəni ənənələrə söykənənAzərbaycan cəmiyyətində qadınlar ailənin - cəmiyyətin ən kiçikvahidinin - formalaşmasında və dəyərlərin gələcək nəsillərəötürülməsində daim mərkəzi rol oynayıb. Qadınlar cəmiyyətdə həmişəbərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledicitəsir göstərib. Milli Məclisin sədri xatırladıb ki, müsəlmandünyasında qızlar üçün ilk dünyəvi məktəbin 1901-ci ildə Bakıdaaçılması və qadınlara 1918-ci ildə seçki hüququnun verilməsi buyanaşmanı əks etdirir və Azərbaycan cəmiyyətində qadınların mühümrolunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan qadınları siyasət,iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəalşəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedicihakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatikfəaliyyətdə yüksək vəzifələr tutur. O, 2026–2028-ci illəri əhatəedən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbuledilməsinin Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcılşəkildə həyata keçirilən tədbirlərin davamı olduğunu söyləyib.

Azərbaycan parlamentinin bu prosesdə cəmiyyətin dəyişəntələblərinə uyğun olaraq qanunvericilik bazasının hazırlanması vədaim təkmilləşdirilməsində fəal rol oynadığını bildirən spikerSahibə Qafarova deyib ki, ötən çağırış Milli Məclisdə genderbərabərliyi və ailə siyasəti ilə bağlı 53 qanun layihəsi müzakirəedilib, 17 ictimai dinləmə keçirilib. İnstitusional səviyyədəgender bərabərliyi fəal şəkildə təşviq olunur və qadın deputatlarparlament komitələrinin əksəriyyətində təmsil olunaraqqanunvericilik müzakirələrində öz baxışlarının əks olunmasını təminedirlər. Bununla yanaşı, spiker Sahibə Qafarova bildirib ki,Azərbaycan Parlamenti gender bərabərliyinin təşviqi və qadınlarınsəlahiyyətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı qətiyyətlədəstəkləyir və müxtəlif beynəlxalq platformaların işində fəaliştirak edir. O, bu forum çərçivəsində aparılan müzakirələrin realnəticələr verəcəyinə və qadınların səlahiyyətləndirilməsi kimiümumi məqsədin - regionumuzda sosial həmrəyliyin, dayanıqlığın vədavamlı inkişafın möhkəmləndirilməsinin əsas şərti olan bu məqsədin— irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Seçilən
20
20
az.trend.az

10Mənbələr