“Qarabağ” fevralın 1-dən etibarən Misli premyer-liqasındakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, "Qarabağ" PFL-ə müraciət edərək, “Turan Tovuz”un da müvəqqəti ev oyununu keçirəcəyi “Azərsun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə 1 fevral tarixindən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Stadionun hazırki durumu, “Qarabağ”ın müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ”ın ev oyunlarının 1 fevral tarixə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər TofiqBəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Qeyd olunub ki, görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdu.
Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının liqa mərhələsindəki ev matçlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda oynayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta