ain.az, Qol.az portalına istinadən məlumat yayır.
“Qarabağ”ın Premyer Liqadakı oyunları "Tofiq Bəhramov"da
“Qarabağ” fevralın 1-dən etibarən Misli Premyer Liqasındakı ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, "Qarabağ" PFL-ə müraciət edərək, “Turan Tovuz”un da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə 1 fevral tarixindən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunlarının 1 fevral tarixə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Qeyd olunub ki, görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.
Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsindəki ev matçlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.