İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal" klublarının və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner "Bazel" klubunun "sükanı arxasına" keçib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.


42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə "Bazel"in gənclər komandalarına rəhbərlik edib, daha sonra isə "Vettsvil-Bonstetten" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.


Ş.Lixtştayner "Yuventus"un heyətində yeddiqat İtaliya çempionu olub.


“Bazel" İsveçrə Superliqasında 21 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Tun"dan 10 xal geri qalır.