AZ

İspaniyanı təriflədi, Mərakeşə irad tutdu

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyanı təriflədi, Mərakeşə irad tutdu

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu İspaniyada keçiriləcək.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan açıqlama verib. O bildirib ki, turnirin əsas təşkilatçısı məhz İspaniya olacaq və mundialın həlledici qarşılaşmasına da bu ölkə ev sahibliyi edəcək.

“İspaniya artıq uzun illərdir ki, özünü uğurlu təşkilatçı kimi təsdiqləyib. Məhz bu səbəbdən DÇ-ə 2030-a hazırlığa rəhbərlik edəcək, final matçının ev sahibi olacaq ”, – deyə Lusan qeyd edib.

2030-cu ilin dünya çempionatı eyni zamanda Portuqaliya və Mərakeşdə də keçiriləcək. RFEF prezidenti Mərakeşdə futbol infrastrukturu sahəsində ciddi inkişafın olduğunu vurğulayıb, lakin iradlarını da bildirib: 

“Mərakeş möhtəşəm stadionları ilə bütün sahələrdə transformasiya dövrünü yaşayır. Görülən müsbət işləri etiraf etməliyik. Lakin Afrika Kuboku zamanı dünya futbolunun imicinə xələl gətirən bəzi xoşagəlməz hallar da müşahidə olundu”.

Xatırladaq ki, DÇ-2030-un final mərhələsi 2030-cu ilin 13 iyun-21 iyul tarixlərində İspaniya, Portuqaliya və Mərakeşin təşkilatçılığı ilə keçiriləcək. Daha üç ölkə - Uruqvay, Argentina və Paraqvay isə hərəsi yarışın açılış turunun bir matçını qəbul edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
qol.az

2Mənbələr