AZ

Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - MEDİA

Bakı. Trend:

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sırahesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi– Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından“deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əksetdirməyən və saxta məzmunlu video yayılıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyi açıqlama yayıb.

Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimairəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan vəTürkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkəarasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə vəqarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hərzaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratmatendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağasəsləyirik.

Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini vəmüvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradanqaldırılması, bu tip halların qarşısının alınması üçün effektivmexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvətedirik", - deyə Medianın İnkişafı Agentliyinin məlumatında qeydolunub.

Məqalədə:
Seçilən
83
48
az.trend.az

10Mənbələr