AZ

Gürcüstanda keçmiş nazir müavini saxlanılıb

Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri saxlanılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Dmitri Mçedlişvili yerli mediaya məlumat verib.

O, Quduşaurinin ötən gün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə aparıldığını və hazırda təcridxanada saxlanıldığını bildirib.

Keçmiş yüksək vəzifəli məmurun nədə ittiham olunduğu hazırda məlum deyil.

Qeyd edək ki, İlya Quduşauri keçmiş səhiyyə naziri Zurab Azaraşvilinin müavini olub. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyinat almışdı. Bundan öncə o, Təhsil və Elmi İnfrastruktur Agentliyi və Bələdiyyələrin İnkişafı Fonduna rəhbərlik etmişdi. Onun qardaşı Gürcüstanın Müdafiə Nazirliyinin Təchizat şöbəsinin keçmiş rəhbəri Vladimir Quduşauri bir neçə ay öncə saxlanılıb, 10 min lari girov müqabilində azadlığa buraxılıb.

Seçilən
114
2
apa.az

8Mənbələr