AZ

3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə koxlear implant ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib: “Qəbul olunmuş dəyişikliyə əsasən, anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantdan istifadə edən şəxslər üçün 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Bu xidmətlər koxlear implantın nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir.

Belə ki, koxlear implantın istifadəsindən 1 il keçdikdən sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi xidməti icbari tibbi sığorta hesabına təmin ediləcək. Sözügedən xidmət cihazın istifadəçiyə uyğunlaşdırılmasına, eşitmə performansının optimallaşdırılmasına və reabilitasiya prosesinin daha effektiv aparılmasına imkan verəcək.

Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş köhnə nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model nitq prosessorları ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxil edilib. Bu dəyişiklik eşitmə keyfiyyətinin və gündəlik kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq”.

Z.Əliyev bildirib ki, bundan əlavə, müvafiq qaydalar çərçivəsində zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəzlənməsi xidməti də Xidmətlər Zərfi təminatına alınıb.

Qəbul olunan qərarlar koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli və davamlı tibbi dəstəklə təmin olunmasına, onların sosial həyata daha fəal inteqrasiyasına xidmət edir.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
15
qafqazinfo.az

10Mənbələr