Suriya Prezidenti Əhməd əl-Şara sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Suriya TV məlumat yayıb.
Qeyd edək ki, Suriya Prezidentinin Moskvaya son səfəri ötən ilin oktyabr ayında baş tutub. Görüş zamanı prezidentlər ikitərəfli münasibətləri müzakirə ediblər.
(globalinfo.az)