
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi ötən axşam saatlarında Tehrandan Moskvaya uçub.
Missiya.Az xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Moskvada BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanı qəbul edərkən bəyan edib ki, Rusiya İrandakı vəziyyəti yaxından izləyir və gərginliyi onunla müzakirə etmək istəyir.
Görüşdən bir müddət əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərin ABŞ dövlət başçısı Donald Trampın son təhdidi ilə bağlı suallarını cavablandırarkən qeyd edib ki, İran ilə Amerika arasında danışıqlar üçün hələ də potensial diplomatik imkanlar mövcuddur.
Daşqın HəsənovMissiya.Az