AZ

Klubunu dəyişdi, ard arda qolları ilə diqqət çəkdi

ain.az bildirir, Qol.az portalına istinadən.

Klubunu dəyişdi, ard-arda qolları ilə diqqət çəkdi

"Real"da əsas heyətə düşməkdə çətinlik çəkən və qış transfer pəncərəsində "Lion"a icarəyə verilən braziliyalı hücumçu Endrik yeni komandasında nümayiş etdirdiyi performansı ilə diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, "ESPN Brasil"in məlumatına görə, Fransa təmsilçisi gənc forvardın icarə müddətini daha da uzatmaq üçün hərəkətə keçib. Komandanın baş məşqçisi Paulo Fonseka rəhbərlikdən futbolçunun komandada daha uzun müddət saxlanılması üçün bütün zəruri addımların atılmasını istəyib.

Qeyd edək ki, Endrik "Lion" forması ilə çıxdığı 3 matçda artıq 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu sonuncu matçda het-trikə imza ataraq komandasının 5:2 hesablı qələbəsində həlledici rol oynayıb.

Xatırladaq ki, klublar arasında bağlanmış icarə müqaviləsi 2026-cı ilin iyun ayınadək qüvvədədir və “Lion” futbolçunun maaşının 50 faizini qarşılayır. Məlumata görə, Fransa təmsilçisinin oyunçunu birdəfəlik transfer etmək hüququ yoxdur. Bu da o deməkdir ki, Endrik icarə müddəti başa çatdıqdan sonra mütləq şəkildə Madrid klubuna geri dönməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
3
qol.az

4Mənbələr