Onu sevməyən yoxdu. Hər kəs üçün bir cür sevimlidi. Hər kəs üçün bir cür əziz... O bizə jurnalistikanı özünə ömür yolu biçənlərə həm müəllim, həm dost, həm də sirdaş oldu. O bizə yazmağı, sözü sevdirdi.. O bizə sevməyi öyrətdi...vətəni, dövləti, milləti...və bir oxumağı, kitabı sevdirdi. Deyirdi ki, təyyarədə iki saatlıq yolu qəzet və ya kitab oxumadan necə yolu başa vurmaq olar? Bir də deyir ki, jurnalistika sizdən cavanlığınızı, gözəlliyinizi, qamətinizi alacaq. Razısınızsa, bu peşəyə gəlin! Bu gün dəyərli müəllimimiz, hamımızın sevimlisi, BDU Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin doğum günüdür.Özü də, sözü də, hətta hirslənməyi belə şirin insan! Dəyərli USTAD! Ömrünüz bol olsun! Doğum gününüz mübarək, əziz müəllimimiz! Səsiniz həmişə gur gəlsin! Var olun! Var olun ki, tələbələrinizin söykənəcəyi YER olsun!
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31