AZ

Doğumgününmübarək, USTAD! Varolun, Cahangirmüəllim!

Onu  sevməyən  yoxdu. Hər  kəs   üçün  bir   cür  sevimlidi.   Hər  kəs  üçün  bir  cür  əziz... O  bizə   jurnalistikanı özünə   ömür   yolu  biçənlərə  həm  müəllim,  həm  dost,  həm  də  sirdaş  oldu.  O  bizə  yazmağı,   sözü   sevdirdi.. O  bizə   sevməyi   öyrətdi...vətəni,   dövləti,   milləti...və  bir  oxumağı,   kitabı   sevdirdi.   Deyirdi  ki,   təyyarədə   iki  saatlıq  yolu  qəzet  və  ya  kitab  oxumadan  necə  yolu  başa  vurmaq  olar?  Bir  də   deyir  ki,   jurnalistika  sizdən  cavanlığınızı,   gözəlliyinizi,   qamətinizi alacaq.  Razısınızsa,  bu  peşəyə  gəlin!  Bu gün dəyərli müəllimimiz, hamımızın  sevimlisi, BDU Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin doğum günüdür.Özü də, sözü  də,  hətta  hirslənməyi   belə  şirin  insan!   Dəyərli  USTAD!   Ömrünüz  bol  olsun!  

Doğum gününüz mübarək, əziz müəllimimiz!  Səsiniz   həmişə  gur  gəlsin!  Var  olun!  Var  olun  ki, tələbələrinizin   söykənəcəyi  YER  olsun!  

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr