AZ

İlham Əliyev yeni cərimələri təsdiqlədi: Bundan sonra...

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev əkin yerinin yandırılması ilə bağlı cərimələrə dair İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiqləyib.Demokrat.az xəbər verir ki, sənədə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.Əvvəlki qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.Sənəddə qeyd edilib ki, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək. Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
38
demokrat.az

10Mənbələr