Avropa çempionu və dünya mükafatçısı Orxan Səfərovun rəhbərlik etdiyi “Safarov Judo Academy”nin ikinci zalı fəaliyyətə başlayıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmilərin iştirak etdiyi açılış mərasimində qeyd olunub ki, bu cür yeni zalların açılması cüdonun kütləviləşməsinə, uşaqlar və yeniyetmələr üçün məşq imkanlarının genişlənməsinə, həmçinin idmançıların daha peşəkar şəraitdə yetişməsinə mühüm töhfə verir.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 200 kvadratmetrdir. Burada, həmçinin məşqçi otağı və paltardəyişmə bölmələri də yaradılıb. Yeni zalda 100-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.