Avropa çempionu və dünya mükafatçısı Orxan Səfərovun rəhbərlik etdiyi “Safarov Judo Academy”nin ikinci zalı fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmilər iştirak ediblər. Qeyd olunub ki, bu cür yeni zalların açılması cüdonun kütləviləşməsinə, uşaqlar və yeniyetmələr üçün məşq imkanlarının genişlənməsinə, həmçinin idmançıların daha peşəkar şəraitdə yetişməsinə mühüm töhfə verir.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 200 kvadratmetrdir. Burada həmçinin məşqçi otağı və paltardəyişmə bölmələri də yaradılıb. Yeni zalda 100-dən çox idmançının cüdo ilə məşğul ola biləcək.