Millət vəkili həmçinin 2025-ci ildə Milli Məclisinin sədrliyi ilə Bakıda keçirilmiş APA İcraiyyə Şurasının nəticələri və APAnın daimi komitələrinin qəbul etdiyi qətnamələr barədə məlumat verib. Deputat çıxışında Siyasi məsələlər, İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəniyyət məsələləri üzrə daimi komitələr tərəfindən hazırlanmış 29 qətnamə layihəsinin müzakirə olunaraq təsdiq edildiyini, həmçinin APA Nizamnaməsi və Prosedur Qaydalarına edilən dəyişikliklərin Plenar Sessiya tərəfindən təsdiq edildiyini vurğulayıb.
R. Nəbiyev Azərbaycanın sədrliyi dövründə APA-nın institusional gücləndirilməsinin, təşkilatın inklüzivliyinin və təmsilçiliyinin artırılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib.
İcraiyyə Şurasının iclasında çıxış edən Birləşmiş Ərəb Əmirlikləri, Qətər Dövləti, Səudiyyə Ərəbistanı, İran, Bəhreyn, İndoneziya nümayəndə heyətlərinin rəhbərləri, APA Baş katibi Milli Məclisin Asiya Parlament Assambleyasına sədrliyini və əldə edilən nəticələri yüksək qiymətləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31