EN

Parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində mühüm alət kimi özünü doğruldub

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri, APA Prezidentinin nümayəndəsi Rizvan Nəbiyev Bəhreyn Krallığının Manama şəhərində keçirilən təşkilatın İcraiyyə Şurasının iclasına sədrlik edib. "Olaylar" xəbər verir ki, Rizvan Nəbiyev çıxışında Asiya Parlament Assambleyasının regional həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm parlamentlərarası platforma olduğunu vurğulayaraq Milli Məclisin APAya sədrliyi dövründə aparılan fəaliyyətlər və əldə edilən nəticələr barədə danışıb. Deputat qeyd edib ki, mövcud mürəkkəb çağırışlar fonunda çoxtərəfli parlament əməkdaşlığı zərurətə çevrilib və bu baxımdan parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində mühüm alət kimi özünü doğruldub. Məhz bu faktorlar nəzərə alınaraq APA-nın Bakıda Milli Məclis sədri Sahibə Qafarovanın sədrliyi ilə baş tutan 15-ci Plenar Sessiyası "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunmuşdu. 
Millət vəkili həmçinin 2025-ci ildə Milli Məclisinin sədrliyi ilə Bakıda keçirilmiş APA İcraiyyə Şurasının nəticələri və APAnın daimi komitələrinin qəbul etdiyi qətnamələr barədə  məlumat verib. Deputat çıxışında Siyasi məsələlər, İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəniyyət məsələləri üzrə daimi komitələr tərəfindən hazırlanmış 29 qətnamə layihəsinin müzakirə olunaraq təsdiq edildiyini, həmçinin APA Nizamnaməsi və Prosedur Qaydalarına edilən dəyişikliklərin Plenar Sessiya tərəfindən təsdiq edildiyini vurğulayıb.
R. Nəbiyev Azərbaycanın sədrliyi dövründə APA-nın institusional gücləndirilməsinin, təşkilatın inklüzivliyinin və təmsilçiliyinin artırılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib.
İcraiyyə Şurasının iclasında çıxış edən Birləşmiş Ərəb Əmirlikləri, Qətər Dövləti, Səudiyyə Ərəbistanı, İran, Bəhreyn, İndoneziya nümayəndə heyətlərinin rəhbərləri, APA Baş katibi Milli Məclisin Asiya Parlament Assambleyasına  sədrliyini və əldə edilən nəticələri yüksək qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
130
2
olaylar.az

3Sources