37 yaşlı kişini qətlə yetirən şəxs tutuldu
Göygöldə 37 yaşlı kişini qətlə yetirilən şəxs tutulub.
7News.Az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, Göygöl rayon sakini, 37 yaşlı R. Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən, 26 yaşlı, Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə bir neçə gün bundan əvvəl Göygöl rayonunda yerləşən çay evlərinin birinin qarşısında baş verib.