AZ

37 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
 
Moderator.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Göygöl rayon sakini, 37 yaşlı R. Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən, 26 yaşlı, Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
 
Seçilən
8
4
moderator.az

8Mənbələr