Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Göygöl rayon sakini, 37 yaşlı R. Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən, 26 yaşlı, Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov