Qəbələ, 26 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. Sərnişini, 26 yaşlı Kənan Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.