AZ

Qəbələdə maşın aşdı, sürücü öldü

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub.

"Yeni Sabah" xəbər verir ki, “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 28 yaşlı sürücü Mətin İbrahimov hadisə yerində ölüb. 26 yaşlı Kənan Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.


Telegram kanalımız
Seçilən
83
1
yenisabah.az

2Mənbələr