AZ

Hindistan hava şirkəti Bakıya uçuşları ləğv etdi



Hindistanın büdcə aviaşirkəti olan IndiGo İrandakı vəziyyətlə əlaqədar Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşları 28 yanvar tarixinə qədər ləğv edib.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, Aviaşirkətin açıqlamasında deyilir:

"Təhlükəsizlik bizim üçün əsas prioritet olduğundan, İran ətrafındakı bölgədəki prosesləri yaxından izləyirik və uçuş cədvəllərimizi proaktiv şəkildə nəzərdən keçiririk.
Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşlar İran hava məkanından keçir və mövcud vəziyyətə görə aviaşirkət bu zonadan yayınır".

Qeyd edək ki, Hindistandan bu şəhərlərə uçuşlar adətən altı-yeddi saat arasında davam edir. Aviaşirkət daha uzun alternativ marşrutlar üçün uçuş məsafəsi və yanacaq tutumuna malik olmayan A320neo təyyarələrini idarə edir.

Anar
Seçilən
31
1
newscenter.az

2Mənbələr