AZ

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşları yanvarın 28-dək ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə sözügedən aviaşirkət sosial şəbəkə hesabında məlumat yayıb.

“Təhlükəsizlik bizim əsas prioritetimizdir. İran ətrafında vəziyyəti yaxından izləyirik və uçuş cədvəllərimizi buna uyğun şəkildə nəzərdən keçiririk”, – deyə şirkətdən bildirilib.

Məlumata görə, Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşlar İran hava məkanından keçir və mövcud vəziyyətə görə aviaşirkət bu zonadan yayınır.

Hindistandan sözügedən şəhərlərə uçuşlar adətən altı-yeddi saat davam edir.

(oxu.az)

Seçilən
21
1
konkret.az

2Mənbələr