AZ

ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna üçün əsasdır - Zelenski

Bakı. Trend:

Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri təkcə Ukraynaərazisində deyil, həm də bütün Avropa üçün təhlükə yaradanmüharibənin dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinə yol açabilər.

Trend xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski Litvaya səfəri zamanıbildirib.

Zelenskinin sözlərinə görə, ABŞ ilə ikitərəfli təhlükəsizlikzəmanətləri Ukrayna üçün əsasdır. Müvafiq sənəd artıq hazırdır vəUkrayna tərəfdaşların imzalaması üçün müvafiq status verməyə hazırolduğunu gözləyir.

“Sənəd 100 faiz hazırdır və tərəfdaşlarımızın imzalanma tarixivə yeri ilə bağlı hazır olmalarını gözləyirik. Daha sonra sənədrazılaşmalarımıza uyğun olaraq ABŞ Konqresinə və Ukraynaparlamentinə təsdiq üçün təqdim ediləcək”, - deyə Zelenskibildirib.

Prezident təhlükəsizlik zəmanətlərinin ikinci elementi kimiAvropa zəmanətlərini, eləcə də Ukraynanın gələcəkdə Avropaİttifaqına üzvlüyünü qeyd edib.

Zelenski həmçinin iqtisadi təhlükəsizlik zəmanətlərinin vəAvropa inteqrasiyası üçün dəqiq müddətlərin vacibliyini qeyd edib.Onun sözlərinə görə, Ukrayna texniki olaraq 2026-cı ilin birinciyarısında, 2027-ci ildə isə tam olaraq Aİ ilə danışıqlarklasterlərini açmağa hazır olacaq.

Prezidentin sözlərinə görə, Ukrayna müharibənin sona çatması iləbağlı sazişdə konkret bir tarixi təmin etməyə çalışır ki,təcavüzkar da daxil olmaqla bütün tərəflər sazişlərə əməl etməyə vəgələcəkdə baş verə biləcək maneələrin qarşısını almağa borcluolsunlar.

Seçilən
114
16
az.trend.az

10Mənbələr