AZ

Zelenski Avropa Birliyindən görün nə istədi

Ukrayna Prezidenti Volodimir Zelenski, ölkənin texniki cəhətdən tam hazır olduğu 2027-ci ildə Avropa Birliyinə qoşulmaq istəyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu açıqlamanı Litva Prezidenti Gitanas Nauseda və Polşa Prezidenti Karol Navrotski ilə Vilnüsdə keçirilən mətbuat konfransında verib.

Zelenski qeyd edib ki, Ukrayna 2026-cı ilin birinci yarısına qədər bütün klasterləri açmağa hazır olacaq.

“Bizim fikrimizcə, Ukrayna 2027-ci ildə tam texniki cəhətdən hazır olacaq. Biz müharibənin başa çatması ilə bağlı müqavilədə konkret tarix istəyirik ki, bütün tərəflər razılaşmalara əməl etsin”, – deyə Zelenski vurğulayıb.

Seçilən
78
17
publika.az

10Mənbələr