AZ

Netanyahu Herzoqun Sülh Şurasının mərasimində iştirakına mane oldu

BAKI, TurkicWorld

İsrailin Baş naziri Binyamin Netanyahu Davosda keçirilən Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində İsrail prezidenti İsaak Herzoqun iştirakına mane olub.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər verib.

Məlumata əsasən, Ağ Ev Netanyahuya dəvətnamə göndərərək baş nazirin, prezidentin və ya onların digər nümayəndəsinin mərasimdə iştirak edə biləcəyini bildirib.

Bildirilib ki, Vaşinqton administrasiyasının rəsmiləri iki dəfə İsrailə müraciət edərək, Netanyahunun iştirak etmədiyi nizamnamə imzalama mərasimində həmin vaxt Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Herzoqu görmək istəyiblər. İki tərəf gərgin müzakirələr aparıb, Netanyahu ABŞ prezidenti Donald Trampın dəvətinin şəxsən ona ünvanlandığını israr edib və nəticədə Herzoqun mərasimdə iştirakının qarşısını alıb.

Seçilən
26
1
turkic.world

3Mənbələr