AZ

Netanyahu Herzoqun Sülh Şurasının mərasimində iştirakına mane oldu

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Davosda keçirilən SülhŞurasının nizamnaməsinin imzalanma mərasimində İsrail prezidentiİsaak Herzoqun iştirakına mane olub.

Trend-in məlumatına görə, bu barədə İsrail televiziyasının 12-cikanalı xəbər verib.

Məlumata əsasən, Ağ Ev Netanyahuya dəvətnamə göndərərək başnazirin, prezidentin və ya onların digər nümayəndəsinin mərasimdəiştirak edə biləcəyini bildirib.

Bildirilib ki, Vaşinqton administrasiyasının rəsmiləri iki dəfəİsrailə müraciət edərək, Netanyahunun iştirak etmədiyi nizamnaməimzalama mərasimində həmin vaxt Davosda keçirilən Dünya İqtisadiForumunda iştirak edən Herzoqu görmək istəyiblər. İki tərəf gərginmüzakirələr aparıb, Netanyahu ABŞ prezidenti Donald Trampındəvətinin şəxsən ona ünvanlandığını israr edib və nəticədə Herzoqunmərasimdə iştirakının qarşısını alıb.

Seçilən
38
1
az.trend.az

3Mənbələr