AZ

“Yunayted”in əfsanəsi mer olacaq?

Qari Nevill Böyük Mançester meri vəzifəsinə potensial namizədlərdən biri ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “FourFourTwo” məlumat yayıb.

Bildirilir ki, “Mançester Yunayted” və İngiltərə millisinin keçmiş müdafiəçisi əvvəllər açıq şəkildə Leyboristlər Partiyasına dəstəyini ifadə etmişdi və bu vəzifə boş qalacağı təqdirdə onun adı partiya daxilində mümkün namizəd kimi müzakirə olunurdu.

Hazırkı mer Endi Börnemin vəzifəsindən ayrılıb İcmalar Palatasına namizədliyini irəli sürməyi düşündüyü deyilir.

Seçilən
152
publika.az

1Mənbələr