AZ

Rusiya hazır olanda Ukrayna hazır olmur, Ukrayna hazır olanda isə Rusiya hazır olmur – ABŞ Prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini xilas etməyə və Rusiya tərəfindən Ukraynada başlanan müharibədə itkiləri azaltmağa çalışdığını bildirib.

Amerika lideri bir daha səkkiz müharibəyə son qoyduğunu iddia edib. O, bunu “Nobel Sülh Mükafatı üçün deyil”, “müttəfiqlərini xilas etmək” istədiyi üçün etdiyini bildirib.

Tramp bunları asanlıqla əldə etdiyini və qalan tək şeyin son razılaşmanı həyata keçirmək olduğunu deyib. Çox güman ki, Tramp Ukraynada sülhün bağlanmasına istinad etdiyini iddia edib. “Rusiya hazır olanda Ukrayna hazır olmur, Ukrayna hazır olanda isə Rusiya hazır olmur. Mən bunun qarşısını almağa çalışıram”, – deyə Amerika lideri bildirib.
Tramp, bu müharibədə orta itki nisbətinin ayda 25.000 nəfər olduğunu da vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr