AZ

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edilib

Vaşinqton, 23 yanvar, AZƏRTAC

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.

AZƏRTAC xəbər verir ki, bunlar Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarıdır. Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar gözlənilir. Şəhər də fövqəladə vəziyyət elan edən bölgələr arasındadır.

Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerli və beynəlxalq uçuş ləğv edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
162
6
azertag.az

10Mənbələr