AZ

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Beyləqanda vətəndaşlarla görüş keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 30-da qurumun Beyləqan Ərazi İdarəsində (ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşəcək.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşə gəlmək istəyənlər yanvarın 29-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər (012) 5108430 (daxili:72-65) telefon nömrəsi ilə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 6 saylı Beyləqan Ərazi İdarəsinə (telefon: (02122) 83367, 050 6899341 və ya elektron poçt ünvanı: [email protected]).

Seçilən
127
azertag.az

1Mənbələr