Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabidə ilk dəfə olaraqRusiya, Ukrayna və Birləşmiş Ştatlardan olan nümayəndə heyətlərininiştirakı ilə üçtərəfli sülh danışıqları start götürüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bu, 2022-ci ilin fevralından bəri ilk belə danışıqlardır.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əraziməsələləri, o cümlədən Donbasdakı vəziyyət Əbu-Dabidə Rusiya,Ukrayna və ABŞ arasında keçiriləcək ilk üçtərəfli danışıqlarda əsasmövzulardan biri olacaq.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd etmişdi ki,Rusiyanın danışıqlarda iştirak etməsinin şərti Ukrayna qüvvələrininDonbasdan çıxarılmasıdır. O əlavə edib ki, Əbu-Dabidəki görüşdəRusiya tərəfini yalnız hərbi rəsmilər təmsil edəcək.