RU

Əbu Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli sülh danışıqları başlayıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu Dabidə ilk dəfə olaraqRusiya, Ukrayna və Birləşmiş Ştatlardan olan nümayəndə heyətlərininiştirakı ilə üçtərəfli sülh danışıqları start götürüb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Bu, 2022-ci ilin fevralından bəri ilk belə danışıqlardır.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əraziməsələləri, o cümlədən Donbasdakı vəziyyət Əbu-Dabidə Rusiya,Ukrayna və ABŞ arasında keçiriləcək ilk üçtərəfli danışıqlarda əsasmövzulardan biri olacaq.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd etmişdi ki,Rusiyanın danışıqlarda iştirak etməsinin şərti Ukrayna qüvvələrininDonbasdan çıxarılmasıdır. O əlavə edib ki, Əbu-Dabidəki görüşdəRusiya tərəfini yalnız hərbi rəsmilər təmsil edəcək.

Məqalədə:
Избранный
148
23
az.trend.az

10Источники