AZ

Azərbaycan həmişə xalqların harmonik birgəyaşayış nümunəsi olub - Natalya Şarovskaya "Tofiq Abbasovla dialoq" verlişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verirki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq artisti NatalyaŞarovskaya olub.

“Biz çox narahatedici bir dövrdə yaşayırıq. Mən siyasətdən uzaqbir insanam, aktrisayam və öz işimlə məşğulam. Lakin dünyada başverənləri duymamaq mümkün deyil. İnsanların mehribanlığı, diqqətivə insanlığı itirməsinə baxmaq qorxuludur. Ən çox da insanıvahiməyə salır”,- deyə Natalya Şarovskaya bildirib

Xalq artistinin sözlərinə görə, müasir cəmiyyət əsas dəyərlərəyenidən baxmağa ehtiyac duyur və ənənələrə, mədəni köklərə qayıdışmənəvi dirçəlişə aparan yeganə yoldur.

Natalya Şarovskaya vətənpərvərlik mövzusuna, dövlətə və ölkərəhbərliyinə minnətdarlıq məsələsinə xüsusi diqqət ayırıb.

“Bizim hörmətli prezidentimizə çox minnətdaram. O, biziqələbəyə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasınagətirib çıxardı. Bu, böyük nailiyyətdir. Biz torpaqlarımızı geriqaytardıq və bu, tarixdə əbədi qalacaq. Bu müdrikliyə, dözümlülüyəvə xalqına göstərdiyi qayğıya görə ona təşəkkür edirəm, - deyə oqeyd edib.

Xalq artisti vurğulayıb ki, sülhün qorunmasında incəsənət vəmədəniyyət birinci dərəcəli rol oynayır.

“İlham pəriləri danışanda, toplar susur. Teatr, musiqi,yaradıcılıq insanları birləşdirməyə qadirdir. Biz mədəniyyətvasitəsilə sevgini, sevinci və xeyirxahlığı ötürürük. Bu hissqorunub saxlanılarsa, dünya xilas olacaq", – Şarovskayavurğulayıb.

Multikulturalizm mövzusuna toxunan Xalq artisti bildirib ki, bu,sadəcə siyasi konsepsiya deyil, tarixən formalaşmış Azərbaycankimliyinin ayrılmaz hissəsidir.

“Multikulturalizm yeni dəb olan söz deyil. Azərbaycan həmişəbununla yaşayıb. Bizdə insanları heç vaxt millətinə, dininə və yadəri rənginə görə ayırmayıblar. Bütün konfessiyalar birlikdəfəaliyyət göstərir – xristianlar, müsəlmanlar, yəhudilər. Bu isəböyük gücdür,” – deyə Şarovskaya qeyd edib.

O həmçinin vurğulayıb ki, Azərbaycan həmişə xalqların harmonikbirgəyaşayış nümunəsi olub və Bakıya gələn bir çox xarici qonaqlarbu fenomenin səmimiliyinə əyani şəkildə şahid olurlar.

Oxucuların diqqətinə verilişin tam video buraxılışı təqdimolunur:

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
44
2
az.trend.az

3Mənbələr