AZ

Azərbaycan həmişə xalqların harmonik birgəyaşayış nümunəsi olub - Natalya Şarovskaya "Tofiq Abbasovla dialoq" verlişində

BAKI,TurkicWorld

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

TurkicWorld xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq artisti Natalya Şarovskaya olub.

"Biz çox narahatedici bir dövrdə yaşayırıq. Mən siyasətdən uzaq bir insanam, aktrisayam və öz işimlə məşğulam. Lakin dünyada baş verənləri duymamaq mümkün deyil. İnsanların mehribanlığı, diqqəti və insanlığı itirməsinə baxmaq qorxuludur. Ən çox da insanı vahiməyə salır",- deyə Natalya Şarovskaya bildirib

Xalq artistinin sözlərinə görə, müasir cəmiyyət əsas dəyərlərə yenidən baxmağa ehtiyac duyur və ənənələrə, mədəni köklərə qayıdış mənəvi dirçəlişə aparan yeganə yoldur.

Natalya Şarovskaya vətənpərvərlik mövzusuna, dövlətə və ölkə rəhbərliyinə minnətdarlıq məsələsinə xüsusi diqqət ayırıb.

"Bizim hörmətli prezidentimizə çox minnətdaram. O, bizi qələbəyə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasına gətirib çıxardı. Bu, böyük nailiyyətdir. Biz torpaqlarımızı geri qaytardıq və bu, tarixdə əbədi qalacaq. Bu müdrikliyə, dözümlülüyə və xalqına göstərdiyi qayğıya görə ona təşəkkür edirəm, - deyə o qeyd edib.

Xalq artisti vurğulayıb ki, sülhün qorunmasında incəsənət və mədəniyyət birinci dərəcəli rol oynayır.

"İlham pəriləri danışanda, toplar susur. Teatr, musiqi, yaradıcılıq insanları birləşdirməyə qadirdir. Biz mədəniyyət vasitəsilə sevgini, sevinci və xeyirxahlığı ötürürük. Bu hiss qorunub saxlanılarsa, dünya xilas olacaq", – Şarovskaya vurğulayıb.

Multikulturalizm mövzusuna toxunan Xalq artisti bildirib ki, bu, sadəcə siyasi konsepsiya deyil, tarixən formalaşmış Azərbaycan kimliyinin ayrılmaz hissəsidir.

"Multikulturalizm yeni dəb olan söz deyil. Azərbaycan həmişə bununla yaşayıb. Bizdə insanları heç vaxt millətinə, dininə və ya dəri rənginə görə ayırmayıblar. Bütün konfessiyalar birlikdə fəaliyyət göstərir – xristianlar, müsəlmanlar, yəhudilər. Bu isə böyük gücdür," – deyə Şarovskaya qeyd edib.

O həmçinin vurğulayıb ki, Azərbaycan həmişə xalqların harmonik birgəyaşayış nümunəsi olub və Bakıya gələn bir çox xarici qonaqlar bu fenomenin səmimiliyinə əyani şəkildə şahid olurlar.

Oxucuların diqqətinə verilişin tam video buraxılışı təqdim olunur:

Seçilən
18
2
turkic.world

3Mənbələr