Tbilisi, 23 yanvar, AZƏRTAC
Orta Dəhlizdə yükdaşımaların həcmi son 5 ildə 7 dəfə artıb və bu, alternativ dəhlizin Gürcüstan üçün təhlükə yaratmadığını təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Imedi TV-yə müsahibəsində söyləyib.
“Qonşularımız arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayırıq. Tranzit funksiyamıza gəldikdə isə bunun inkişafına çox böyük investisiyalar yatırırıq. Bu, tranzitin daim artması ilə bağlı müsbət gözləntilərə əsaslanır”- deyə, Kobaxidze bildirib.
Onun sözlərinə görə, alternativ dəhlizin Gürcüstan üçün təhlükə yaratmadığını təsdiqləyən sadə bir göstərici var. Orta Dəhlizdə yükdaşımanın həcmi son 5 ildə 7 dəfə artıb. Yeganə vəzifə artan yük dövriyyəsinə çatmaq üçün infrastrukturu maksimum dərəcədə artırmaqdır. Belə artım şəraitində alternativ dəhliz yalnız tranzit funksiyanı tamamlayacaq.
Tbilisi