AZ

Yaponiyanın Atom Elektrik Stansiyasının reaktoru işə salınmasından bir gün sonra dayandırıldı

Bakı. Trend:

Yaponiya energetika şirkəti “Tokyo Electric Power” (TEPCO)dünyadakı ən böyük atom elektrik stansiyası sayılan“Kasiwadzaki-Kariwa”nın altıncı enerji blokunu dayandırmaq qərarınagəlib. Bu blokun yenidən işə salınması 21 yanvar tarixində baştutmuşdu.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

TEPCO altıncı enerji blokundan nəzarət çubuqlarının çıxarılmasıişlərini elektron cihazlardakı nasazlıq səbəbindən dayandırmağaməcbur olub. Əvvəlcə stansiyanı idarə edən şirkət nasazlığın aradanqaldırılması müddətində bu işi dayandırmağı planlaşdırırdı, lakinnəticədə enerji blokunun tamamilə dayandırılması qərarı qəbuledildi.

Yaponiya Atom Enerjisi İdarəsi isə vurğulayıb ki, baş verənlərstansiyanın özünə hər hansı bir təhlükə yaratmır.

Radioaktiv material sızması qeydə alınmayıb, həmçinin stansiyadavə ətrafında radiasiya səviyyəsində dəyişikliklər müşahidəedilməyib.

Məqalədə:
Seçilən
85
1
az.trend.az

2Mənbələr