Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
TEPCO altıncı enerji blokundan nəzarət çubuqlarının çıxarılması işlərini elektron cihazlardakı nasazlıq səbəbindən dayandırmağa məcbur olub. Əvvəlcə stansiyanı idarə edən şirkət nasazlığın aradan qaldırılması müddətində bu işi dayandırmağı planlaşdırırdı, lakin nəticədə enerji blokunun tamamilə dayandırılması qərarı qəbul edildi.
Yaponiya Atom Enerjisi İdarəsi isə vurğulayıb ki, baş verənlər stansiyanın özünə hər hansı bir təhlükə yaratmır.
Radioaktiv material sızması qeydə alınmayıb, həmçinin stansiyada və ətrafında radiasiya səviyyəsində dəyişikliklər müşahidə edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31