AZ

Niderland millisinin hücumçusu Türkiyə yolunda - SON DURUM

İtaliyanın "Napoli" klubunun hücumçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Türkiyə çempionu "Qalatasaray" onun xidmətində maraqlıdır. Mənbə İstanbul nəhənginin Niderland millisinin futbolçusunun icarəsi ilə bağlı danışıqları müsbət sonluqla yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb. "Qalatasaray" icarə üçün İtaliya klubuna 2 milyon avro ödəyəcək. Müqavilədə 30 milyon avroluq satınalma seçimi də var. "Qalatasaray" iyun ayında Lanqı birdəfəlik transfer edərsə, onun maaşı "Napoli"dəki maaşından daha yüksək olacaq.

Qeyd edək ki, 26 yaşlı Lanq bu mövsüm A Seriyasında 18 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir.

Seçilən
86
fanat.az

1Mənbələr