AZ

Tramp Qrenlandiya ilə bağlı: Mən sadəcə sizdən bir parça buz istəyirəm...

ABŞ prezidenti adanı qlobal təhlükəsizlik üçün strateji ərazi adlandırıb...

Poliqon xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti qalmaqallı bəyanatla çıxış edib. O, bu geniş və soyuq adanın ABŞ-nin maraqları baxımından həlledici əhəmiyyət daşıdığını bildirərək, Qrenlandiyanın əldə edilməsinin dünya miqyasında sülh və təhlükəsizliyə töhfə verə biləcəyini vurğulayıb.

Trampın sözlərinə görə, söhbət sadəcə coğrafi ərazi iddiasından getmir. O, Qrenlandiyanı “soyuq, uğursuz yerləşmiş bir parça buz” kimi təsvir etsə də, bu ərazinin strateji mövqeyinə diqqət çəkib.

Tramp bildirib ki, Qrenlandiya Şimal qütbünə yaxınlığı, ABŞ, Rusiya və Çin arasında yerləşməsi, həmçinin hərbi və müdafiə baxımından yaratdığı imkanlara görə qlobal təhlükəsizlik arxitekturasında mühüm rol oynaya bilər.

“Mən cəmi bir parça buz istəyirəm - soyuq və uğursuz yerləşmiş bir ərazi. Amma bu ərazi bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında həyati rol oynaya bilər”, deyə Tramp qeyd edib.

Poliqon.info

Seçilən
33
29
poliqon.info

10Mənbələr