AZ

Trampdan Makrona:”Mən bunu edəcəyəm”

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığının təfərrüatlarını xatırladaraq onu lağa qoyub.

Vətəninfo.az xəbər verir ki, Trampın sözlərinə görə, söhbət zamanı o, Makrona dərman qiymətləri ilə bağlı həll yolu təklif edib, lakin Fransa lideri əvvəlcə bundan imtina edib. Tramp qeyd edib ki, daha sonra 25% tarif tətbiq etməklə hədələyib.

“O, bunu etməyəcəyini dedi. Mən də dedim ki, 25% tarif tətbiq edəcəyəm. Sonra o, “Mən bunu edəcəyəm” dedi. Söhbət bununla bitdi”, – deyə Tramp söhbət zamanı Makronun günəş eynəyi taxmaması ilə bağlı istehzalı bir qeyd əlavə etdi.

Seçilən
5
29
veteninfo.az

10Mənbələr