AZ

“Dünənki oyunlar göstərdi ki, “köhlən atlar” məğlub olmamalı, ən azı bir xal qazanmalıdı” Vaqif Sadıqov

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bu gün “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində son ev oyununa çıxacaq. Və ağdamlılar üçün bugünkü oyunda qələbə hava-su qədər vacibdi. Bəs “köhlən atlar” bunu bacaracaqmı? Hava şəraiti hansı tərəfə daha çox təsir edə bilər? Bilet satışının əvvəlki temp üzrə getməməsi hava şəraiti ilə bağlıdı, yoxsa “Qarabağ”ın son uğursuzluqları ilə?“Football-plus.az” təcrübəli mütəxəssis Vaqif Sadıqovun bununla bağlı fikrini öyrənib:

“Bu gün hava şəraiti “Qarabağ”ın oyununa təsir etməməlidi. Dünənki oyunlar göstərdi ki, “köhlən atlar” məğlub olmamalı, ən azı bir xal qazanmalıdı. Nəzəri tərəfdən “Liverpul”la oyunda da şans olacaq. Bu gün böyük dəstəyin qabağında “Qarabağ” vəziyyəti anlayır, dərk edir. Tam güclərini qoyacaqlar. Hər iki komandanın pley-offa çıxmaq şansı var. Bu şansdan istifadə etmək lazımdı. Arzulayıram ki, çempionumuz bu gün hər birimizi sevindirməyi bacarsın. Biletlərin tükənməməsinə gəlincə, məncə, 21.45-ə qədər bütün biletlər satılacaq və stadion tam dolacaq. “Qarabağ”ı, futbolu sevənləri bu oyuna mən də dəvət edirəm. Sona qədər “Qarabağ”ımıza dəstək olmaq lazımdı”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
1
icma.az

2Mənbələr