Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldanazad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”naəsasən, AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMCtərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
Bu barədə Trend-ə MMC-dən məlumat verilib.
Bildirilib ki, fəaliyyətin davamı olaraq Ağdam rayonunun şəhərmərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcərrayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyətgöstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təminedilib və sözügedən rayonlarda müasir avadanlıqlarquraşdırılıb.
Nəticə etibarilə Ağdam rayonu ərazisində internet də daxilolmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 evtəsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 evtəsərrüfatı və 22 biznes subyektini əhatə edib.
Beləliklə, GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznessubyektləri) yüksəksürətli internetlə yanaşı, “internet +telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet +telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdimedilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170”Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdamşöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə(ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytı vasitəsiləmüraciət edə bilərlər.