Ağdam. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldanazad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”naəsasən, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMCtərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir. Fəaliyyətindavamı olaraq Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli vəXıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayışməntəqələri və fəaliyyət göstərən biznes subyektləritelekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedənrayonlarda müasir avadanlıqlar quraşdırılıb.
Bunu Trend-əaçıqlamasında “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayevabildirib.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisində internet də daxilolmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 evtəsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 evtəsərrüfatı və 22 biznes subyektini əhatə edib:
"GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasınıntətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri)yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet+ televiziya (ikisi birində)” və “internet + telefoniya +televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170”Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Ağdamşöbəsinə, (ünvan: Ağdam rayonu Quzanlı qəsəbəsi), Kəlbəcər şöbəsinə(ünvan: Kəlbəcər rayon mərkəzi), həmçinin qurumun rəsmi saytıvasitəsilə müraciət edə bilərlər".