Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın 9-cu turunda "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, matç "DH Volley"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb: 25:23, 25:17, 25:21.
Hazırda turnir cədvəlində "Turan" 24 xalla birinci, "DH Volley" isə 18 xalla ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komandanın növbəti matçı yanvarın 22-də keçiriləcək. AVF-nin idman zalında oynanılacaq "Abşeron" - "DH Volley" görüşü saat 18:00-da başlayacaq.