Voleybol üzrə qadınlar arasında keçirilən Yüksək Liqanın IX turu çərçivəsində “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş “DH Volley”in 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Matçda setlər 25:23, 25:17 və 25:21 hesabları ilə başa çatıb.
Hazırda turnir cədvəlində “Turan” komandası 24 xalla birinci pillədə qərarlaşıb. 18 xal toplayan “DH Volley” isə ikinci yerdə mövqeyini qoruyur.
Qeyd edək ki, baş məşqçisi Fərid Cəlalov olan “DH Volley” növbəti oyununu yanvarın 22-də keçirəcək. “Abşeron” – “DH Volley” qarşılaşması saat 18:00-da AVF-nin idman zalında baş tutacaq.