Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti hazırda qənaətbəxşdir.
Bu barədə Pravda.az-a danışan R.Qurbanov bildirib ki, hazırda özünü yaxşı hiss edir.
“Romaya profilaktik müayinə olunmaq üçün getmişdim, artıq qayıtmışam, Azərbaycandayam. 2022-ci ildə Bakıda Mərkəzi Klinikada məhşur kardio-cərrah Kamran Musayev tərəfindən açıq ürək əməliyyatı olunmuşam. Əməliyyat çox uğurlu keçib, demək olar ki, ürəyimdə əvvəl olan qüsurdan bu gün heç bir əsər-əlamət qalmayıb. Azərbaycanda tibb sahəsində yetərincə görkəmli, dünya şöhrətli tanınmış həkimlərimiz var və Azərbaycan vətəndaşları öz sağlamlıqlarını onlara etibar edə bilərlər. Mən nəinki Azərbaycan səhiyyəsinə etibar edirəm, hətta qürur duyuram!” - o bildirib.
Aytəkin Qardaşova